Submit your work, meet writers and drop the ads. Become a member
Elkhan Asgar Nov 2022
Və hər kəs öldürür öz sevdiyini,
Qoy hamı dinləsin məni diqqətlə,
Kimi acı baxışla başlayar bunu,
Kimi yalan-yaltaq sözləri ilə.
Qorxaqlar öpüşlə məhv edər onu,
Cəsurlarsa qılınc zərbələriylə.

Kimi gənckən öldürür sevdiklərini,
Yaşlı vaxtlarında öldürən də var.
Kimi qurban verər öz şəhvətinə,
Kimi qır-qızılla onu soldurar.
İnsaflısı bıçaq alar əlinə!
Kəsdiyi tez ölər, tez də soyuyar.

Kimi çox az sevər, kimisi lap çox,
Kimi satar onu, alar başqası.
Kimi gözyaşına boğulub edir,
Kimi uf da deməz, saxlamaz yası.
Sevdiyini çünki hər kəs öldürür,
Amma hər öldürən çəkməz cəzasın!
Yet each man kills the thing he loves (Oscar Wilde)
Translated from the English by Elkhan Asgar
Elkhan Asgar Nov 24
Boyansın qoy cahan nura, işığa.
Qalib gəlsin günəş zülmət soyuğa.
Dünyanı bürüyən bu bulaşığa,
Dalğa-dalğa hücum çəksin saf sular,
Bəlkə onda təmizlənər, arınar.

İnsanoğlu, bezmədinmi savaşdan?
Duymazmısan, dünya söylər yavaşdan:
- Hikkəndən, kinindən, qəzəbli başdan,
Məhv edəssən elmini, taqətini
Açmaq üçün kainatın sirrini!
It was written at the request of my friend Rahib!

— The End —