Boyansın qoy cahan nura, işığa. Qalib gəlsin günəş zülmət soyuğa. Dünyanı bürüyən bu bulaşığa, Dalğa-dalğa hücum çəksin saf sular, Bəlkə onda təmizlənər, arınar.
İnsanoğlu, bezmədinmi savaşdan? Duymazmısan, dünya söylər yavaşdan: - Hikkəndən, kinindən, qəzəbli başdan, Məhv edəssən elmini, taqətini Açmaq üçün kainatın sirrini!