Hello Poetry
Submit your work and get some sparkles! Create free account
Və hər kəs öldürür öz sevdiyini, Qoy hamı dinləsin məni diqqətlə, Kimi acı baxışla başlayar bunu, Kimi yalan-yaltaq sözləri ilə. Qorxaqlar öpüşlə məhv edər onu, Cəsurlarsa qılınc zərbələriylə. Kimi gənckən öldürür sevdiklərini, Yaşlı vaxtlarında öldürən də var. Kimi qurban verər öz şəhvətinə, Kimi qır-qızılla onu soldurar. İnsaflısı bıçaq alar əlinə! Kəsdiyi tez ölər, tez də soyuyar. Kimi çox az sevər, kimisi lap çox, Kimi satar onu, alar başqası. Kimi gözyaşına boğulub edir, Kimi uf da deməz, saxlamaz yası. Sevdiyini çünki hər kəs öldürür, Amma hər öldürən çəkməz cəzasın!
0
Nov 9, 2022
Nov 9, 2022 at 5:00 AM UTC
Hər kəs öldürür öz sevdiyini

Yet each man kills the thing he loves (Oscar Wilde) Translated from the English by Elkhan Asgar
easgar
Written by
Nov 9, 2022
Nov 9, 2022 at 5:00 AM UTC
Request permission to use this poem