Hello Poetry
Submit your work and get some sparkles! Create free account
"ovur" poems
Bir gün bir hörümçək bərk sürüşərək, Dığırlandı yerə dəydi kətilə. Kətil yerə düşdü – taxtaları deşdi, Döşəmə yırğalandı – və ev dağıldı. Evsə ucada, yamacda idi, Birbaşa aşağı diyirləndi. Tappıltıyla çaya düşdü, Şişdi çay daşqına döndü, Ətrafda nə varsa gömdü. Dərələr və dağları, Ağaclar və daşları, Evləri, hasarları, Uddu hər şeyi sular, Acgöz, qorxunc dalğalar. Dalğalar qoynunda üzür bir budaq, Gəlin bu budağa yaxından baxaq. Oturub orda o fağır hörümçək, Sürüşüb yıxılan ağır hörümçək. Köksünü ötürür, büzüşür, qorxur, Hərdən də əzdiyi dizini ovur.
0
Nov 24, 2024
Nov 24, 2024 at 9:10 AM UTC
Qorxulu əhvalat