Hello Poetry
Submit your work and get some sparkles! Create free account
#forkids
Bir gün bir hörümçək bərk sürüşərək, Dığırlandı yerə dəydi kətilə. Kətil yerə düşdü – taxtaları deşdi, Döşəmə yırğalandı – və ev dağıldı. Evsə ucada, yamacda idi, Birbaşa aşağı diyirləndi. Tappıltıyla çaya düşdü, Şişdi çay daşqına döndü, Ətrafda nə varsa gömdü. Dərələr və dağları, Ağaclar və daşları, Evləri, hasarları, Uddu hər şeyi sular, Acgöz, qorxunc dalğalar. Dalğalar qoynunda üzür bir budaq, Gəlin bu budağa yaxından baxaq. Oturub orda o fağır hörümçək, Sürüşüb yıxılan ağır hörümçək. Köksünü ötürür, büzüşür, qorxur, Hərdən də əzdiyi dizini ovur.
0
Nov 24, 2024
Nov 24, 2024 at 9:10 AM UTC
Qorxulu əhvalat
Maşa birincidədir, Nə gözəl forması var! Nişastalı önlüyün Dik qoysan, dik də qalar. * * * Önlüyü qırçın-qırçın, Paltarısa büzməli. Qiyməti də “5” olsa Olar tam səliqəli!
0
Jan 31, 2022
Jan 31, 2022 at 10:09 AM UTC
Maşa birincidədir