Hello Poetry
Submit your work and get some sparkles! Create free account
#eir
– Ata, üzümə bax gör nə çıxıb, Atası öpdü onun üzündən. – Atacan, gözüm şişibdir, bir bax. Atası öpdü onun gözündən. – Ata, yandırır günəş üzümü, Kəsdi atası günün önünü. – Ata, arılar incitməz məni? – İncitməz, qızım, onlar kimsəni. – Yağış yağanda saçım islanmaz? – Papaq geyərsən, heç bir şey olmaz. – Atacan, evə çox gec gəlməzsən? – Getmərəm işə, əgər istəsən. – Yoruldum yaman, dincələk bəlkə? – Çox yoruldunsa, gəl gedək evə. – Gec yatsam bu gün, küsməzsən məndən? – Mən yox, amma ay inciyər səndən. – Nə vaxt gedəcəm məktəbə, ata? – Az qalıb, qızım, həmin o vaxta. Qızcığaz bir an dayanıb durmur. Sual verməkdən zərrə yorulmur. Atanı güdür, gözdən qoymur heç. Baxır üzünə, qımışır bic-bic. Sual üstünə sual yağdırır. Nədir səbəbi bəs bu marağın?! Dəcəldir yaman, gəzir, axtarır. O öz gündəlik nəvaziş payın.
0
Jan 11, 2021
Jan 11, 2021 at 10:21 AM UTC
Nəvaziş axtaran qız
I sit, I glare and patiently wait, I’m angry and tense, I warn you, mate! Back off! Beware! Don’t push your fate, One more step, and it will be late! I don’t fancy blocking yer road, No, just protecting my abode. Walk your way now, I’ll walk mine, Respect my fences and you’ll be fine!
0
Sep 9, 2017
Sep 9, 2017 at 5:43 PM UTC
BEWARE OF A SILENT DOG